Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

İDMAN 28 apr 2019, 09:57

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu günüdür.

 

Demokrat.Az xəbər verir ki, bu gün yarışların əsas mərhələsi keçiriləcək.

 

Saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.

 

Saat 14:30-dan 15:00-dək Qran-Prinin açılış mərasimi və pilotların paradı olacaq.

 

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə saat 16:10-da start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vuracaqlar. Beləliklə, Bakı şəhər halqasında dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.

 

Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına xoş anlar bəxş edəcəklər. DJ-lərin konsert proqramı səhər saatlarınadək davam edəcək.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top