Türkiyədən erməni məsələsinə görə daha bir ölkəyə SƏRT REAKSİYA

DÜNYA 27 apr 2019, 21:27

Türkiyə Portuqaliya parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarına sərt reaksiya verib.

 

Türkiyə Xarici İşlər Nazirliyi Portuqaliya parlamentini tarixi siyasiləşdirməkdə ittiham edib.

 

“Portuqaliya parlamentinin 1915-ci ilə hadisələri ilə bağlı açıqlamasını rədd edirik. Tarixi siyasiləşdirmək, beynəlxalq hüququ və Avropa hüququnu heçə sayan bu cür yanaşmalar qəbuledilməzdir. Hüquqa hörmət edilməlidir”, - deyə Türkiyə XİN bəyan edib. (publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top