Fransada “sarı jiletlər” yenidən küçələrə çıxdılar

DÜNYA 27 apr 2019, 18:51

Fransada “sarı jiletlər” etiraz aksiyasının 24-cü aktı başlayıb.

 

Bu hərəkatın üzvləri sosial şəbəkələrdə etiraz aksiyaçılarına Strasburqda toplaşaraq Avropa Parlamentinə doğru yürüş keçirməklə bağlı “beynəlxalq” çağırış ediblər. Təşkilatçılar ümid edirlər ki, alman və belçikalı nümayişçiləri də cəlb edə biləcəklər. Polis prefekturası Strasburqda nümayişlə bağlı prefekturaya məlumat verilmədiyini bildirib.

 

Parisdə isə nümayişçilər bu dəfə medianın bu hərəkatla bağlı mövqeyinə qarşı çıxış edəcəklər. Belə ki, nümayişçilər “mediaya qarşı yürüş” şüarı ilə Radio France radio evindən başlayaraq TF1, CNews, France Televisions və BFMTV kimi media qurumlarının qarşısından keçəcəklərini bildiriblər.

 

Bəzi “sarı jiletlər” qrupu 1 may - Dünya Zəhmətkeşlərinin Həmrəyliyi Günü həmkarlar ilə birləşərək ümumi nümayiş edəcəkləri ilə bağlı məlumat yayıblar. Bu nümayiş “Ümumi cavab” şüarı altında keçiriləcək.

 

Parisdə Yelisey çölləri prospekti, Milli Assambleya və Məryəm Ana kilsəsi yaxınlığında nümayiş etmək qadağandır.

 

Lyon, Lill, Renn, Ruan, Tuluz şəhərlərində də nümayişlər davam etdiriləcək. (AzərTAc)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top