"Ən azı beş nəfər öləcəkdi" — Əməkdar artist düşdüyü qəzadan danışdı

ŞOU-BİZNES 27 apr 2019, 15:28

Ötən gün avtomobil qəzasına düşən əməkdar artist Mehriban Xanlarovanın vəziyyəti orta ağırdır.


Bu barədə "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində əməkdar artist özü bildirib. Onun sözlərinə görə, qəza qarşı tərəfin səhlənkarlığı ucbatından baş verib:

 

"Sükan arxasında özüm idim. Gördüm ki, əks tərəfdən gələn avtomobil mənim yoluma çıxıb. Avtomobildə isə yaxın rəfiqəm və nəvəm var idi. Əgər bir az cəld tərpənməsəydim, ən azı beş nəfər öləcəkdi. Hazırda ayağım gipsdədir, rəfiqəm isə reanimasiyadan palataya köçürülüb".


Qeyd edək ki, M.Xanlarova dünən Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazısındə avtoqəzaya düşüb. 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top