Üzünü görmədiyi qızına vəsiyyətində Şahidə adını qoyan şəhid — FİLM

MARAQLI 27 apr 2019, 09:42

Qarabağ müharibəsinin ilk illərində könüllü olaraq cəbhəyə gedən şəhid Namiq Məmmədov haqqında sənədli film hazırlanıb. 


Demokrat.az xəbər verir ki, "MübarizimTV"-nin hazırladığı filmdə şəhidin həyatına və döyüş yoluna nəzər salınıb. 


Qeyd edək ki, şəhid Namiq Məmmədov cəbhəyə gedəndə yenicə ailə qurubmuş. Şəhid olandan bir neçə ay sonra qızı dünyaya gəlib. Şəhidin öz vəsiyyətinə görə, adını Şahidə qoyublar.


Namiq Sovet oğlu Məmmədov  1971-ci ildə Bakıda doğulub. 1989-cu ildə hərbi xidmətə çağırılıb.


Ukraynada Hava Hücumundan Mühafizə üzrə təlim alıb.


1990-cı ildə hərbidən tərxis olunub.


1 il sonra ailə həyatı qurub. Elə həmin ildə  Qarabağ uğrunda döyüşlərə könüllü  olaraq qatılıb. 


1992-ci il yanvar ayının 31-də şəhadətə qovuşub. Şəhid atasının üzünü görmədiyi Şahidə adlı bir qızı yadigar qalıb.


Allah rəhmət eləsin!

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top