“Formula-1”: Azərbaycan Qran-prisi başlayır

İDMAN 26 apr 2019, 11:58

Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək. Paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış "Formula-2” pilotlarının mübarizəsi ilə start götürəcək. 


Bakı trasına çıxacaq bolidlər sərbəst yürüşdə treki sınaqdan keçirəcəklər. "Formula-2” pilotları günün ikinci yarısında isə sıralama yarışında mübarizə aparacaqlar. 


Bu gün "Formula-1” üzrə 2 sərbəst yürüş də təşkil olunacaq. 
 

Azərbaycan Qran-prisi
 

26 aprel


11:00-11:45. "Formula-2”. Sərbəst yürüş

11:10-11:30. Avtoqraf sessiyası ("Red Bull”)

11:30-11:50. Avtoqraf sessiyası ("Ferrari”)

11:50-12:10. Avtoqraf sessiyası ("Reno”)

13:00-14:30. "Formula-1”. Birinci sərbəst yürüş

15:00-15:30. "Formula-2”. Sıralama yarışı

17:00-18:30. "Formula-1”. İkinci sərbəst yürüş


Qeyd edək ki, Qran-priyə aprelin 28-də yekun vurulacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top