Azərbaycanın şimal bölgəsində yaşayanlara Rusiya pasportu paylanılır? — Deputatdan VACİB AÇIQLAMA

HADİSƏ 25 apr 2019, 18:59

Tamamilə əsassız iddiadır, çünki şimal bölgəsində yaşayan Azərbaycan vətəndaşları bu ölkənin vətəndaşı olduqlarına görə fəxr edirlər, qürur duyurlar.


Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a Milli Məclisin Qusardan seçilmiş deputatı Azər Badamov Azərbaycanın şimal bölgəsində yaşayan əhaliyə Rusiya pasportunun paylanılması barədə xəbərlərə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Rusiyanın Azərbaycana dair bu cür planlarını yerinə yetirməsi ilə bağlı yayılan hər bir məlumat əsassızdır: 


"Hazırda iki ölkə arasında böyük dostluq, əməkdaşlıq münasibətləri mövcuddur və bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu yaxınlarda Azərbaycana etdiyi səfər, qarşıqlı mədəniyyət günlərinin keçirilməsi bunu bir daha göstərdi və biruzə verdi. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bütün maraqlarına böyük hörmətlə yanaşır. Burada Azərbaycanın imicinə, onun inkişafına, siyasətinə təsir göstərə biləcək hər hansı bir addımdan söhbət gedə bilməz".


A. Badamov diqqətə çatdırıb ki, Azərbaycanın şimal bölgəsində yaşayan insanlara Rusiya pasportunun verilməsi ilə bağlı fikirlər tam yanlışdır, əsassızdır: 


"Bu, Azərbaycanın inkişafını istəməyən, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrin ortaya qoyduğu məhsuldur. Tamamilə əsassız iddiadır, çünki şimal bölgəsində yaşayan Azərbaycan vətəndaşları bu ölkənin vətəndaşı olduqlarına görə fəxr edirlər, qürur duyurlar. Azərbaycan vətəndaşlığından çıxaraq hər hansı bir xarici ölkə vətəndaşlığını qəbul etmək niyyətində deyillər. Çünki bu gözəl ölkədə yaradılmış bütün şəraitdən geniş şəkildə yararlanırlar. Hamı da dövlətdən və dövlət başçısından məmnundur. İndiki dövrdə sözügedən sözün, ifadənin ortaya atılması ümumiyyətlə bugünkü gündəmə yaddır".


Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayanın şərqindəki separatçı "DNR" və "LNR"in ayrı-ayrı rayonlarının sakinlərinə Rusiya pasportunun verilməsinin sadələşdirilmiş qaydalarını nəzərdə tutan fərman imzalayıb. Rusiya eyni addımı separatçı Abxaziya və Cənubi Osetiyada "respublikalarında" da atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top