Dünyanın gözlədiyi görüş başladı - Putin ilə Kim Çen In ilk dəfə bir araya gəldilər

DÜNYA 25 apr 2019, 12:45

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Rusiyada yerləşən Russki adasında görüşüblər.


Görüş Russki adasında, Uzaq Şərq Federal Universitetinin şəhərciyində baş tutub.

 

Səfərə zirehli qatar ilə gələn Kim Çen In Putinə Vladivastoka qədər gəldiyi üçün də təşəkkür edib. Qeyd edək ki, Valdivastok şimali Koreyanın 129 km uzaqlığında yerləşir.

 

Rusiya prezidenti Kim Çen Inın gəlişi ilə bağlı bunları deyib: "Şimali Koreya liderinin Rusiyaya səfərinin ikitərəfli münasiətlər üçün böyük şans olacağını düşünürəm. Ayrıca olaraq Kim Çen Inın gəlişi ilə Koreya yarımadasındakı nüvə probleminin müsbət şəkildə həllini tapacağına ümid edirəm. Onun ABŞ dövləti ilə münasibətlərinin normallaşdırmasına da təqdir edirəm. Şimali Koreya liderinin ticarət əlaqələrini inkişaf etdirmək üçün edəcəyi çox şey var

 

KXDR lideri də Koreya yarımadasındakı vəziyyətlə bağlı Putinlə geniş müzakirə aparacağını deyib.

 

Dövlət başçıları təkbətək görüşdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə birgə geniş formatlı danışıqlar keçiricək.(Musavat.com )

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top