Milyonçunun oğlu oteli partlatdı - Bombanı aktivləşdirməzdən bir neçə saniyə əvvəlin VİDEOSU

DÜNYA 25 apr 2019, 12:05

Şri-lankada törədilən terror aktı ilə bağlı yeni məlumatlar və görüntülər əldə edilib.

 

Partlayış törədən 9 nəfərdən 8-nin imkanlı ailənin övladları olduğu aşkarlanıb.

 

İnşaf adlı terrorçunun Şri-lankanın paytaxtı Kolombodakı "Shangri-La and Cinnamon Grand" hotelin yeməkxanasına daxil olaraq özünü partlatması təhlükəsizlik kamerasına düşüb. Onun bombanı aktivləşdirməzdən əvvəlki qərarsızlığı görüntülərdə əks olunub.

 

Otelə saxta şəxsiyyət vəsiqəsi ilə daxil olan İnşafın törətdiyi partlayış nəticəsində 8 nəfər ölüb.

 

Inşaf multi-milyoner Yunus İbrahimin oğludur. Yunus xarici ölkələrə ədviyyat satışı ilə məşğul olub.

 

Polislər partlayışdan sonra İnşafın evinə basqın etdikdə onun Fatimə adlı hamilə xanımı özünü partladıb. Nəticədə hamilə qadın, 3 uşağı və 3 polis əməkdaşı ölüb.

 

Terrorçulardan ikincisinin adı Cəmil Məhəmməddir. O, da imkanlı ailənin övladıdır və Britaniyada təhsil alıb.

 

Qeyd edək ki, bazar günü Şri-Lankada baş verən partlayışlar nəticəsində 359 nəfər ölüb. (milli.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top