Qar uçqununa düşən hərbçimiz dəfn olundu - FOTOLAR

GÜNDƏM 25 apr 2019, 11:44

Martın əvvəlində qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Daşkəsən rayonundan anadan olmuş 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilib.

 

Publika.az xəbər verir ki, Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq rayon ictimaiyyəti nümayəndələrinin iştirakı edib.

 

Məmmədov Fərrux Fərman oğlu ailəli idi, şəhidin 1 qız övladı yadigar qalıb. Qeyd edək ki, 04.03.2019-cu il tarixdə saat 13-00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü il təvəllüldü, Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1992-ci il təvəllüldü, Daşkəsən rayonunda anadan olmuş əsgər Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olublar.

 

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top