ABŞ-ın daha bir ştatından Türkiyə və Azərbaycana xain zərbə

SİYASƏT 25 apr 2019, 08:45

Amerikanın  Kolorado ştatı da işğalçı və separatçı ermənilərə  qahmar çıxanların siyahısına qoşulub. 


Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, Kolorado ştatının  Nümayəndələr Palatası aprelin 24-də  qondarma  və saxta “erməni soyqırımı”nı pisləyən qətnamə  qəbul edib. Sənədə əsasən, bundan sonra hər il 24 aprel ştat ərazisində qondarma "erməni soyqırımı" "qurbanları"nın "xatirə" günü kmi qeyd ediləcək.  


Sözügedən qətnaməyə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müstəqilliyi”ni tanıyan maddə də daxil edilib. Sənəddə, həmçinin, guya 1997-2006-cı illər ərzində Azərbaycanın Naxçıvan ərazisində "erməni abidələrinə qarşı mədəni soyqırım aparılması" böhtanı da atılır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top