Belarus bəzi ölkələrə benzin və dizel yanacağı ixracını dayandırıb

DÜNYA 23 apr 2019, 20:45

"Belarus Polşa, Ukrayna, Baltik ölkələrinə benzin və dizel yanacağı ixracını dayandırıb. Səbəb Rusiyanın keyfiyyətsiz neftidir". 

 

Bu haqda “Interfax” agentliyinə Belarus Neft Şirkətinin baş direktor müavini Sergei Grib deyib.

 

Aprelin 19-da Belarusun “Belneftexim” konserni Rusiyadan gələn neftin keyfiyyətinin kəskin pisləşdiyini bəyan edib. Şirkət bu səbəbdən digər ölkələrə neft məhsulları göndərməyi azaldıb.

 

Aprelin 22-də isə Mozır neft emalı zavodunun rəhbərliyi bildirib ki, keyfiyyətsiz xam neftə görə bahalı avadanlıq sıradan çıxıb.

 

Çirklənmə mənbəyi Samara vilayətində, Belarusla sərhədin 1500 kilometrliyində aşkarlanıb.

 

Rusiyanın Energetika Nazirliyi isə öz növbəsində göndərilən neftin keyfiyyətinin tezliklə yaxşılaşacağını vəd edib.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top