Bu da dünyanın ən böyük eşşəyi - FOTO

MARAQLI 23 apr 2019, 18:03

İngiltərənin Linkolnşayr vilayətindətki təbii qoruqda yaşayan 5 yaşlı Derrik adlı uzunqulaq dünyanın ən böyük uzunqulağı ola bilər.
 
Uzunqulağın hündürlüyü 170 sm-dir. Amma nəhəng heyvan böyüməyə davam edir.

 

Qoruq rəsmisi Treysi Gerton bildirib ki, uzunqulaqlar 7 yaşına qədər böyüyür. Bu səbəbdən Derrikin hələ iki ili var. Derrik amerikan mamut eşşəyi cinsindəndir. Bu cinsə məxsus uzunqulaqlar dünyanın ən böyük uzunqulaqları sayılır.
 


2013-cü ildə isə "Ginnesin Rekordlar Kitabı”na dünyanın ən böyük eşşəyi kimi ABŞ-ın Texas ştatındakı 173 sm hündürlüyü olan Romulus düşüb. Hazırda Derrikin boyu 170 sm-dir və uzanmağa davm edir. Ehtimal edilir ki, Derrik Romulusun rekordunu yeniləyəcək.

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top