"Hələ bu qədər gülməmişdim" — Deputat Ukraynadakı seçkilərdə səsverməsi xəbərindən DANIŞDI

GÜNDƏM 23 apr 2019, 09:46

Milli Məclisin deputatı Rüfət Quliyev Ukraynada keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 


Deputat Demokrat.az-a açıqlamasında bu cür xəbərlərin gülüş doğurduğunu deyib:


"Kiyevdən ötən gecə gəlmişəm. Mən Ukraynada seçkilərdə müşahidəçi kimi iştirak edirdim. Rəsmi olaraq seçkilərdə müşahidə aparırdım. Saytlarda yayılan fotolar da müşahidə apardığımı əks etdirir. Bu xəbərləri görəndə gülüşlə qarşıladım. Hələ bu qədər gülməmişdim".


R.Quliyev bu cür xəbərlərin yalan olduğunu söyləyib.  

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top