Əlcəzairdə bütün milyarderlər həbs olundu

DÜNYA 22 apr 2019, 23:42

Əlcəzairdə korrupsiya cinayətlərinin araşdırılması çərçivəsində beş milyarder həbs olunub.

 

“Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat yayıb.

 

Qeyd olunur ki, hakimiyyət ölkənin ən varlı adamı sayılan İssad Rebrarı da həbs edib. “Forbes” nəşri onun varidatını 3,8 milyard dollar həcmində qiymətləndirir.

 

Eyni zamanda, Kuninef ailəsindən dörd qardaş saxlanılıb. Onlar ölkənin keçmiş prezidenti Əbdüləziz Buteflika ilə yaxınlıqları ilə tanınırlar. (Virtualaz.org )

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top