Bakıda Tahir İmanovun babasının adına küçə verildi — FOTO

MARAQLI 22 apr 2019, 17:14

Bakıda bəstəkar, xalq artisti  Süleyman Ələsgərovun adına küçə verilib.


Demokrat.az xəbər verir ki, bu barədə ONA-ya bəstəkarın nəvəsi, əməkdar artist Tahir İmanov məlumat verib.


O bildirib ki, Süleyman Ələsgərovun adına küçənin təsdiqlənməsi göstərişi bu gün Prezident İlham Əliyev tərəfindən verilib: 


“Süleyman Ələsgərovun adı Bakı Musiqi Akademiyasının ətrafında olan küçələrdən birinə verilib. Bizim  üçün bu, çox əhəmiyyətlidir. Çünki bizim  ailəmiz də istəyirdi ki, babamızın adı bizim ürəyimizcə olan bir küçəyə verilsin. Süleyman Ələsgərov Şuşadan Bakıya gələndən sonra birbaşa Konservatoriyaya gedib və Üzeyir Hacıbəyov onu qəbul edib. Qalmaq üçün yeri olmadığını öyrənəndə ona Konservatoriyada yaşamağa imkan yaradıb. Buna görə də Bakı Musiqi Akademiyasının ətrafında onun adına küçə verilməsi bizim üçün çox sevindiricidir. Bir daha ölkə başçısına təşəkkürümü bildirirəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top