"BakuBus" avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO

HADİSƏ 22 apr 2019, 16:22

Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub.


Demokrat.Az xəbər ki, bu barədə paytaxt sakinləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.


Bildirilir ki, hadisə "BakuBus" şirkətinə məxsus sərnişin avtobusu Nərimanov rayonu ərazisində, "Gənclik" metrosu yaxınlığında, "Ganjlik Mall"ın qarşısında qeydə alınıb.


Hadisənin görüntüsü redaksiyamıza göndərilib. Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozur, qəza təhlükəsi yaradır və tıxaca səbəb olaraq, qoşa xətti tapdalayaraq dönür.


Halbuki həmin ərazidə yol dardır və ərazidə avtomobillər intensiv hərəkət edir. Burada kiçik diqqətsizlik və qayda pozuntusu faciəvi qəzaya səbəb ola bilər.


Qeyd edək ki, hadisə aprelin 4-də baş verib. Kobud qayda pozuntusu barədə aprelin 5-də bizə məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinə və "BakuBus" şirkətinə müraciət etdik. Hadisə barədə suallarımızı qurum rəsmilərinə ünvanladıq. Lakin 17 gün keçməsinə baxmayaraq, məsələyə hələ də rəsmi cavab verilməyib.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top