Bakıda avtobus maşınla toqquşdu — 5 yaralı

HADİSƏ 21 apr 2019, 12:44

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Report” xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.


Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51 yaş), Məmmədov Xəyyam (38 yaş), Səfərov Bəxtiyar (38 yaş) və Məmmədov Eldəniz (49 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top