Şri-Lankada kilsələrdə partlayışlar: 52 ölü (YENİLƏNİB)

DÜNYA 21 apr 2019, 10:54

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 52-yə çatıb.


Demokrat.az xəbər verir ki, bbu barədə Daily News məlumat yayıb.


10.08


Şri-Lankada kilsələrdə Pasxa bayramı qeyd edilərkən partlayışlar baş verib. 


Demokrat.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. 


Bildirilir ki, partlayışlar nəticəsində 42 nəfər ölüb, 280 nəfər yaralanıb.


Qeyd olunur ki, səhər saatlarında altı partlayış olub. Onlardan üçü kilsələrdə katolik pasxasının qeyd edilməsi zamanı baş verib. 


Kilsələrdən biri paytaxt Kolomboda, digərləri şəhərdən kənarda yerləşir. 


Partlayışlar həmçinin üç oteldə baş verib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top