Bu qəsəbənin sakinlərini gün işığı əridir — Dəhşətli görüntülər (FOTOLAR)

MARAQLI 20 apr 2019, 18:58

Nadir genetik xəstəlik yüzlərlə braziliyalını zombi halına salaraq, eybəcərləşdirib.


Demokrat.az Medicina.az-a istinadən xəbər verir ki, San-Pauloda yerləşən Araras qəsəbəsində yaşayan 800 nəfər əhalisi gün işığından əzab çəkir. Onları nadir halda gündüz küçədə görərsiz.


Əgər rastlaşsız, üzlərinin halı sizi qorxudacaq. 


Bir çoxunun dərisi əriyib, digərinin burnu yoxdur, bəzilərinin üzünün yarısı. 


Bəzi turistlər maraq xatirinə bu qəsəbəyə gedir. Amma  çoxunun ürəyi zombi kimi görünən insanları görməyə dözmür.


Bu lənətli xəstəliyin adı piqment kserodermadır. Bu xəstələrin dərisi ultrabənövşəyi şüalara çox həssas olur. 


2-3 yaşında üzə çıxan xəstəlik illər keçdikcə irəliləyir. Bəzən o dəri xərçənginə də çevrilir.


Artıq üz hissəsindəki orqanları xəstəlikdən əriyən, qopan sakinlərin bir çoxuna süni burun, dodaq və s qoyulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top