İtlər saqqallı kişilərdən daha təmizdir — Alimlərdən QƏRİBƏ ARAŞDIRMA

MARAQLI 20 apr 2019, 19:57

İsveçrəli alimlər yeni tədqiqatın nəticələrini açıqlayıblar.

 

Demokrat.az xəbər verir ki, araşdırmaya əsasən, kişilərin saqqalında olan bakteriyaların itlərdə olan bakteriyalardan daha  çoxdur.


Araşdırma zamanı əslində alimlər kişilərə saqqal vasitəsilə itlərdən virus keçib-keçmədiyini araşdırıblar. Bu zaman isə nəticələr alimləri şoka salıb. 


Məlum olub ki, kişilərin saqqalında köpək tüklərinə nisbətən bakteriya miqdarı daha çoxdur. 30 itin boynundan və 18 kişinin saqqalından alınan nümunələr müqayisə edilib.


18-76 yaş arası kişilərin hamısında bakteriya miqdarının yüksək olduğu üzə çıxıb. İtlərin isə sadəcə 20 faizində bakteriya miqdarı yüksəkdir. Digər itlərdə isə bu miqdar orta və aşağı səviyyədə olub.


Tədqiqat zamanı 7 kişinin saqqalında xəstəliyə səbəb ola biləcək bakteriyalar aşkar edilib.(olke.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top