Qazaxıstanda avtobus qəzası - 11 ölü, 29 yaralı var

DÜNYA 20 apr 2019, 10:48
Qazaxıstanda ağır yol nəqliyyat hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya 32 nəfər çatdırılıb, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib. Qəza səhər saatlarında Almatı-Daşkənd yolunda baş verib. Məlumata görə, "Toyota Camry" markalı avtomobil yolun kənarında olan yük maşını ilə toqquşaraq qəza edib. Hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəsə də, sürücü idarəetməni itirib və qəza baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top