Azərbaycanlıların oyununda qan su yerinə axdı — VİDEO

İDMAN 20 apr 2019, 08:56

Dünən İranda Cənubi azərbaycanlıların klubu kimi hesab edilən“Traktor Sazi”-nin "Peykan" (Tehran) komandası ilə növbəti oyunda qarşıdurma yaşanıb.


Demokrat.az xəbər verir ki, oyun zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.


Buna səbəb isə hakimin açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almaması olub.


Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.


Məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.


Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.


Xatırladaq ki, “Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir.  Təbrizin “Traktorsazi” futbol komandası azakeşlərin çoxusu azərbaycanlıldır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top