Zakir Fərəcovun əmisi oğlundan qadın sürücüyə ağır söyüşlər — VİDEO

HADİSƏ 19 apr 2019, 19:31

Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.


Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. 


Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.


Videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.


Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.(Yenicag.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top