"Sinif yoldaşıma bıçaqla xəsarət yetirmişdim" — Deputat Fəzail Ağamalı

MARAQLI 19 apr 2019, 17:17

"Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam".


Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı azvision.az-a məktəb xatirələrindən danışarkən bildirib. 


Deputat sinif yoldaşları ilə də dalaşdığını deyib:


"Sinif yoldaşımla dalaşmışdım, ona gücüm çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim. Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar.


Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam".


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top