"Fəaliyyətləri gözə görünmür" — Deputat Avropa səfirliklərini tənqid etdi

SİYASƏT 19 apr 2019, 15:25

"Azərbaycanın bəzi səfirliklərinin fəaliyyəti ümumiyyətlə gözə görünmür".


Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.


Qeyd edək ki, Hesablama Palatasının ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının Çexiya və Ukrayna səfirliklərində bəzi nöqsanların aşkarlanması xaricdəki səfirliklərimizin fəaliyyətini yenidən gündəmə gətirib. 2018-ci ilə büdcə qanunvericiliyini Çexiyadakı səfirliyimiz altı dəfə, Ukraynadakı isə iki dəfə pozub


Onun sözlərinə görə, Hesablama Palatası hansısa maliyyə nöqsanları aşkar edibsə, müvafiq orqanlara öz hesabatını verməlidir: 


"Təbii ki, bu hesabat haqqında Azərbaycan parlamentinə də məlumat veriləcək. Ondan sonra müvafiq pozuntuların nəticələri ilə bağlı müvafiq qərarlar həyata keçirilməlidir".


Millət vəkili qeyd edib ki, Azərbaycanın xaricdəki bütün səfirliklərinin fəaliyyətini birmənalı qiymətləndirmək olmaz: 


"Bizim elə səfirliklər var ki, gənc Azərbaycan diplomatları oralarda dövlətimizin maraqlarını çox uğurla müdafiə edirlər. Bəzi səfirliklərin fəaliyyəti ümumiyyətlə gözə görünmür. Ona görə də hamıya birmənalı qiymət vermək düzgün olmaz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top