Əkrəm İmamoğlu Ərdoğanla görüşdü

GÜNDƏM 19 apr 2019, 12:34

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ötən gecə İstanbula gəlib. Onu qarşılayanlar arasında İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlu da olub.


Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul meri sədrlik mandatını aldıqdan sonra ilk dəfə Ərdoğanla görüşüb. 


O, Türkiyə prezidentini İstanbul Atatürk Hava Limanında qarşılayıb.


Bundan əvvəl İmamoğlunun ilk iş günündə ona “Ərdoğan İstanbula gələcək. Onu qarşılayacaqsınızmı?” sualı verilmişdi. 


O isə “Mənim vəzifəm nədirsə, onu da yerinə yetirərəm. Fürsət olarsa, qucaqlaşarıq” demişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top