Fuad Qəhrəmanlının qızına hücum edən şəxs müxalifətçi imiş — FOTOLAR

GÜNDƏM 19 apr 2019, 11:57

QHT rəhbəri Fuad Qəhrəmanlının qızına qarşı zorakılıq edən şəxsin müxalifətçi olduğu bildirilir.


Demokrat.az xəbər verir ki, Hilal Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov sosial şəbəkədə bu barədə paylaşım edib:


"Deməli, bir neçə gün öncə, Tural Qarayev adlı şəxs küçədə gənc qıza (fərqi yoxdur, qızcığaz kimdi, kimin qızıdı) qarşı zorakılıq törədib. Həmin an sosial şəbəkədə bu şəxsin YAP üzvü olduğu dövriyyəyə buraxıldı. Bu məsələni araşdırmağı özümə borc bildim. 


Həmin videoya bir neçə dəfə baxdıqdan sonra qərara gəldim ki, bu şəxs anlaqsız birisidir. YAP-da olan əlaqələrim vasitəsi ilə Turalın heç vaxt YAP üzvü olmadığını dəqiqləşdirdim.


Turalın müxalifətin bütün tədbirlərində iştirak etməsini, Məhsul stadionundakı mitinqlərdə iştirakını, müxalifət liderləri ilə və onlara yaxın şəxslərlə sıcaq görüntülərini əldə etdim".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top