Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka cəza verildi

GÜNDƏM 18 apr 2019, 21:48

Xəbər verdiyimiz kimi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən Tural Qarayev saxlanılıb.

 

T. Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Demokrat.Az xəbər verir ki, Yasamal rayon məhkəməsinin qərarı ilə Tural Qarayev törətdiyi əmələ görə 15 sutka müddətində azadlıqdan məhrum edilib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top