"Bundan sonra hər kəsə eyni yemək veriləcək" — İstanbulun yeni Bələdiyyə sədri

MARAQLI 18 apr 2019, 21:30

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ilk iş günündə ona ayrıca yemək hazırlanmasına etiraz edib.


Demokrat.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ə. İmamoğlu bundan sonra bələdiyyə işçilərinə eyni yeməyin gətirilməsini tapşırıb.


O, mətbəxdəki işçilərdən bu gün hansı yeməyin bişirildiyini soruşub. İşçilərdən biri Ə. İmamoğlu üçün xüsusi olaraq antrikot hazırlandığını bildirib. Bələdiyyə sədri isə buna etiraz edib: 


"Birinə antrikot, digərinə musakka gətirmək olmaz, yanlışdır. Gələn dəfə eyni yemək gələcək".(Yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top