Ermənistanda güllə yarası alan əsgər öldü — YENİLƏNİB

HADİSƏ 18 apr 2019, 18:44

Ermənistanda güllə yarası olan müqaviləli hərbi qulluqçu çatdırıldığı xəstəxanada ölüb. 


Demokrat.az "Sputnik" saytına istinadla xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan deyib. 


Onun sözlərinə görə, iş üzr istintaq tədbirləri davam edir.


***


İrəvanda müqaviləli hərbi qulluqçu güllə yarası ilə xəstəxanaya yerləşdirilib. 


Demokrat.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, o, döş qəfəsinin sol hissəsindən güllə yarası alıb.


İnsident İrəvan yaxınlığındakı hərbi hissəsinin ərazisində baş verib. 


İlkin məlumata görə, gənc hərbi qulluqçu özünü öldürmək istəyib. Onun vəziyyəti olduqca ağırdır.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top