İlham Əliyev hüquq sahəsində islahatlara start verdi — Qanunu pozan hakimi işdən çıxardı

HADİSƏ 17 apr 2019, 17:18

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, müvafiq sənədi AZƏRTAC dərc edib.


Sərəncama əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.


İlyas Mahmudov 2008-ci ildən vəzifəsinə xitam verilənədək Sumqayıt Şəhər Məhkəməsinin hakimi olaraq çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top