Zaur Hüseynov rəis və müavinini işdən çıxardı

HADİSƏ 17 apr 2019, 15:29

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və  müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad edib. 


Unikal.org-un əldə etdiyi məlumata görə, Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb. 


Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Belə ki, növbətçi iş vaxtı ayaqyoluna gedib.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a rəis və müavinin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib. 


B.Məmmədov onların vəzifədən uzaqlaşdırılmasının səbəbini nizam-intizamla bağlı olduğunu dilə gətirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top