"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı faciəli şəkildə öldü

HADİSƏ 17 apr 2019, 15:14

Dünən səhər saatlarında Bakı şəhərinin Nəriman Nərimanov rayonunda maşinist teplovozdan yıxılaraq dünyasını dəyişib. 


Demokrat.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.


Hadisə Z.Bünyadov prospektində baş verib. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olan teplovoz maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından "Bakı Metropoliteni"nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan yıxılıb.


O, hadisə yerindəcə dünyasını dəyişib. 


Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top