"Məmurların gəlir mənbələrini şəffaf şəkildə öyrənmək çox asandır" — Deputat

SOSİAL 17 apr 2019, 14:59

Azərbaycanda məmurların və millət vəkillərinin illik gəlirlərini müəyyən etmək çox asandır. 


Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.


Xatırladaq ki, Azərbaycanda qanunla millət vəkillərinin və məmurların illik gəlir deklorasiyasını təqdim etmələri nəzərdə tutulsa da bu, icra olunmur.


Onun sözlərinə görə, məmurların və millət vəkillərinin illik gəlirləri dövlət tərəfindən onlara ödənilən əmək haqqı və əlavə rüsumlardan ibarətdir: 


“Millət vəkillərinin və məmurların gəlir mənbələrini şəffaf bir şəkildə öyrənmək çox asandır. Çünkü onlara dövlət tərəfindən əmək haqqı verilir. Aldığı əmək haqqını vurursan on iki aya. Digər tərəfdən də ildə 3 dəfə mükafat alınır. Bu da oldu məmurların və millət vəkillərinin illik gəliri”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top