“Nə qədər cahil millətimiz var” — Amerikanı Avropa ölkəsi adlandıran müğənni

ŞOU-BİZNES 17 apr 2019, 12:44

ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində  “Avropada dörd ölkə” sualına “Amerikanın özü, İtaliya” cavabını verən müğənni Şəbnəm Tovuzlu izləyicisinə kobud cavab verib.


Demokrat.az xəbər verir ki, İnstaqramda verilişdəki səhv cavabını müğənniyə xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib


“Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır”.


Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.(Yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top