Bakıda daha bir yanğın — 70 yaşlı qadın öldü

HADİSƏ 17 apr 2019, 08:47

Dünən axşam daha bir yanğın Nizami rayonunda baş verib. 


Demokrat.az FHN-ə istinadən xəbər verir ki, hadisə  beşmərtəbəli yaşayış binasında qeydə alınıb.


Belə ki, ikinci mərtəbədə ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. 


Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 


Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top