Fransa Prezidenti: "Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik"

DÜNYA 17 apr 2019, 00:32

"Biz Notr-Dam-de-Pari kilsəsini 5 ilə bərpa edəcəyik". 

 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bu gün xalqa birbaşa yayım vasitəsilə müraciəti zamanı bildirib.

 

O, deyib: "Biz bu abidələri yaradan xalqıq. Hələ çox tikililərə qol qoyacağıq. Bu fəlakət bir daha nümayiş etdirdi ki, tarix donmayıb və bizi hələ yeni sınaqlar gözləyir".

 

"Sarı jiletlilər"in tələblərinə cavab olaraq keçirilmiş böyük debatların nəticələrinə toxunan Fransa Prezidenti bildirib ki, o, tezliklə yenidən xalqın qarşısına qayıdacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top