Bu şəxslərin maaşı artırılacaq

HADİSƏ 17 apr 2019, 00:11

Xəstəxanaların bütün ölkə üzrə icbari tibbi sığortaya keçidi ilə bağlı ciddi hazırlıq gedir.

 

Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə İşinin Təşkili Departamentinin şöbə müdiri Şərafət İsmayılova deyib ki, 2020-ci ildən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın həyata keçirilməsi nəzərdə tutulub. 2019-cu il isə icbari tibbi sığortaya hazırılıq ili elan olunub. Bu məqsədlə də mütəmadi şəkildə tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilir. Sonuncu belə görüş bir neçə gün əvvəl təşkil edilib və tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev və 160-a qədər dövlət tibb müəssisəsinin rəhbərləri iştirak edib. Əsas müzakirə mövzusu isə xəstəxanaların ilkin qiymətləndirilməsi olub.

 

Şərafət İsmayılovanın sözlərinə görə, 2020-ci ildən xəstəxanalarda yeni keyfiyyət standartlarının tətbiqi də həyata keçiriləcək.

 

Agentlik rəsmisi qeyd edib ki, bölgələrdəki tibb müəssisələrinin də keyfiyyətli kadrlarla təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Agentlikdə tibb işçilərinin əmək haqlarının artırlması ilə bağlı sənədlər üzərində iş gedir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top