Deputat anası ilə birləşib jurnalisti təpikləyib xəstəxanalıq etdi – VİDEO

DÜNYA 16 apr 2019, 21:58

Ukraynanın Odessa vilayət şurasının müxalifət blokundan olan deputatı Roman Senik odessalı müxbir Boqdan Osinskiyə hücum edib və onu döyüb.


Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, hadisə jurnalistin redaksiyanın tapşırığını yerinə yetirdiyi vaxt baş verib.


Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə deputat orada olan jurnalistləri təhqir edib, daha sonra isə yumruqlarını işə salıb.


Bildirildiyinə görə, jurnalist Boqdan Osinski yerə yıxılandan sonra vilayət şurasının deputatı onun sifətinə ayağı ilə bir neçə dəfə zərbə vurub. Bundan sonra o, müxbirin telefonunu götürərək sındırıb.

Image result for roman senik
Davada deputatın anası da iştirak edib və oğluna rəqibini vurmaqda kömək edib.


Münaqişəyə polis müdaxilə edib. Hadisə yerində hücum edən şəxs barəsində protokol tərtib olunub.


Xəsarət almış jurnalist hazırda xəstəxanadadır.

 

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top