Efirə çıxmasına qadağa qoyulmuş Rüfət “Xəzər” TV-də göründü — MTRŞ rəhbərinə təşəkkür etdi - YENİLƏNİB (VİDEO)

MARAQLI 16 apr 2019, 12:07

Bir müddət əvvəl canlı efirdə qeyri-etik ifadələr işlətdiyinə görə efirə çıxmasına qadağa qoyulan müğənni Rüfət Axundov bu gün efirdə görünüb.


Demokrat.az-ın xəbərinə görə, o, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramına qatılıb. 


Müğənni sözügedən hadisə ilə bağlı açıqlama verib və üzr istəyib.


“Xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burada mənim nə günahım? 


İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, hər kəsdən üzr istəyirəm”.


Qeyd edək ki, “Space” TV-də yayımlanan “Hər səhər” verilişinin efiri zamanı R.Axundov qeyri-etik ifadələrdən istifadə edib. Bundan sonra Milli Televiziya və Radio Şurası TV-lərə şifahi xəbərdarlıq göndərib. Xəbərdarlıqda Rüfət Axundova efir qadağasının qoyulması tövsiyə edilib.


Qurumdan o da bildirilib ki, xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır.(oxu.az)

 

***

 

Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Hər səhər" verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub. 


Demokrat.az xəbər verir ki, qadağaya baxmayaraq bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. 


Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.


Məsələ ilə bağlı Xəzər televiziyası ilə əlaqə saxladıq. Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olduğu barədə xəbərsiz idi. 


Açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.(Redaktor.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top