Tramp Ərdoğanın kürəkəni ilə bir araya gəldi — Ağ Evdə mühüm görüş (FOTO)

DÜNYA 16 apr 2019, 10:41

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.

 

Demokrat.az xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı "S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.


Nazir rəsmi Ankaranın Rusiyadan aldığı "S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.


"Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, -  B.Albayrak vurğulayıb.


O deyib ki, yaxın zamanlarda D.Tramp ilə R.T.Ərdoğan arasında görüş keçirilə bilər.


Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və "Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.


Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir/Report.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top