Azərbaycanda bir gündə 5 nəfər özünü asdı — Nə baş verir?

HADİSƏ 16 apr 2019, 10:13

Azərbaycanda intihar halları artıq mütəmadi xarakter almağa başlayıb. Hələlik bunun səbəbləri ilə bağlı ortaya ciddi sosial-psixoloji izahlar qoyulmayıb.


Demokrat.az xəbər verir ki, təkcə ötən sutka – aprelin 15-i tarixində ölkədə 6 intihar hadisəsi baş verib. 


Onlardan yalnız birinin həyatını xilas etmək mümkün olub. 


Ötən gün intihar edənlərin siyahısını təqdim edirik. Siyahı informasiya agentliklərində yayımlanmış xəbərlər əsasında hazırlanıb. 


Bərdə: Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. 


Zaqatala: 48 yaşlı Məlahət Feyzullah qızı Şabanova Aşağı Tala kəndində özünü yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asıb.


Bakı: 52 yaşlı Xəzər rayon sakini Zümrüd Əliyeva özün asıb. 


Bakı: 19 yaşlı Binəqədi rayon sakini Rəhman Rəsulov özünü asıb. 


Saatlı: Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu özünü asıb. Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər. 


Bakı: 16 yaşlı qız 9-cu mərtəbədən özünü atıb.(“Yeni Sabah”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top