"İçməyə və çəkməyə meylli olan daha çox rus məktəblərinin şagirdləridir" — Azər Həsrətdən QALMAQALLI AÇIQLAMA

HADİSƏ 15 apr 2019, 23:49

Mətbuat  Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət rus məktəblərinin şagirdlərini aşağılayan fikirləri ilə qalmaqal yaradıb. 


Demokrat.az xəbər verir ki, bu barədə Azər Həsrət sosial şəbəkədə fikir bildirib. 


Onun fikirlərini təqdim edirik:


"Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top