"Məhv etdiyimiz PKK terrorçuları arasında ermənilər də var" — Çavuşoğlu

DÜNYA 15 apr 2019, 20:34

Türkiyənin tərəfdar olduğu bütün təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir.


“Anadolu” agentliyi xəbər verir ki, bu fikirləri Antalyada keçirilən NATO Parlamentlər Assambleyasında çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


“Ermənilər dürüst deyillər. Qarabağı işğal etmisiniz, niyə oradan çəkilmirsiniz? Sizə məsləhət verdik ki, işğal altındakı torpaqlardan çəkilsəniz, sərhədlərimizi açacağıq”, - Çavuşoğlu qeyd edib.


Onun sözlərinə görə, Azərbaycanın məsələləri Türkiyəni birbaşa maraqlandırır.


O əlavə edib ki, Türkiyə Ordusunun yaxaladığı və öldürdüyü PKK terrorçuları arasında kifayət qədər erməni var.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top