Prorektorların işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

HADİSƏ 15 apr 2019, 21:56

"Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevin və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının vəzifələrindən azad edlməsi ilə bağlı bəzi KİV-lərdə yer alan məlumatlar yayılan məlumatlar həqiqəti əks etdirmir".

 

Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun mətbuat xidmətinin rəhbər Pərvanə İbrahimova bildirib.

 

“Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”, - deyə o, bildirib.

 

Bəzi KİV-lərdə Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başladığı və sözügedən rektorları vəzifələrindən azad etdiyi haqda məlumat yayılmışdı.

 

 

***

17:24

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib. 


Onların yerinə isə hələlik heç bir təyinat yoxdur. 


Məsələ ilə bağlı əlavə məlumat olan kimi oxuculara təqdim edəcəyik.


Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır. 

 

Image result for Nəbi Ramazanlı

 

Image result for Sanı Hacıyev


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top