“Azərbaycana narkotik vasitələr əsasən İrandan daxil olur” — Baş nazirin müavini

SOSİAL 15 apr 2019, 16:17

“Azərbaycan ərazisinə narkotik vasitələr əsasən cənub istiqamətindən, İran İslam Respublikasından daxil olur”.


Demokrat.az xəbər verir ki, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib


O qeyd edib ki, bununla bağlı Azərbaycan İran tərəfi ilə mütəmadi olaraq danışıqlar aparır, sıx əməkdaşlıq edir.


Əli Həsənov həmçinin deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən apteklərdə psixotrop tərkibli dərman vasitələrinin qanunsuz satışına rast gəlinmir:


"Əvvəllər belə hal qeydə alınsa da, hazırda belə faktlar qəti şəkildə yoxdur".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top