"Bakıda itlərin öldürülməsinin “Formula 1”lə bağlılığı yoxdur" — AÇIQLAMA

HADİSƏ 15 apr 2019, 15:58

"Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlərin Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur".

 


Bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai özünün "facebook" hesabından yayıb: "Son zamanlar Bakıda sahibsiz heyvanlara, xüsusilə də küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq haqda sosial mediada yayılmış xəbərlər diqqətdən yayınmayıb"

Image result for nigar arpadarai


"Bizim bu halların baş verib verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik! Tam əminliklə bildirirəm ki, bu halların Formula 1 Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur".

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top