"Azərsun Hodinq"ə məxsus olan 20 ton istifadə müddəti keçmiş məhsullar məhv edildi — FOTOLAR

HADİSƏ 15 apr 2019, 13:09

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.


Bu barədə Demokrat.az-a AQTA-dan məlumat verilib.


“Sun Food” istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün agentliyə müraciət edib.


AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.


Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.


Onu da bildirək ki, "Sun Food" "Azərsun Hodinq"ə daxil olan şirkətdir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top