İki yaşlı uşaq atasını həbs etdirdi

KRİMİNAL 14 apr 2019, 19:06

Rusiyanın Çelyabinsk vilayətində 35 yaşlı kişi dörd ildir ki, birinci nikahdan olan üç uşağına aliment ödəməkdən yayınırmış. Yığılan alimentin məbləği 15 min dollara gəlib çıxıb. Alimenti ödəmədiyinə görə o, məhkəmə qərarının icrasından boyun qaçırmaqda təqsirli bilinərək, 20 saat islah işləri cəzasına da layiq görülüb. Amma bu cəzanı da çəkməyib.


Demokrat.az xəbər verir ki, kişi ikinci dəfə ailə həyatı qurub və bu nikahdan onun 2 yaşlı bir oğlu var. 


Məhkəmə icraçıları bu dəfə onun ikinci ailəsilə birlikdə yaşadığı evə gəliblər. Həyat yoldaşı ərinin evdə olmadığını deyib. İcraçılar mənzilə ümumi göz gəzdirsələr də, kişini görməyiblər. Bu zaman iki yaşlı uşaq icraçılardan birinin əlindən tutaraq, onu yataq otağına tərəf aparıb. 


Məhkəmə icraçısı elə zənn edib ki. uşaq ona oyuncaqlarını göstərmək istəyir, ona görə də arxasınca gedib. Yataq otağında uşaq barmağını tuşlayaraq, çarpayı ilə divar arasında təxminən 30-40 santimetr enindəki bir yeri göstərib. İcraçı ora baxanda uşağın atasının orada gizləndiyini görüb.


Elə həmin gün kişi məhkəmə qarşısına çıxarılıb və ona 7 sutka həbs cəzası verilib.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top